Rusiya Azərbaycana uçuşların sayını artırır

Oxunma sayı: 2
10-06-2021, 11:40

Rusiya Azərbaycana uçuşların sayını artırır


Bu gün Rusiya səkkiz ölkə ilə uçuşlarını bərpa edir.

"RİA-Novosti" xəbər verir ki, buraya Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mauritius, Mərakeş və Xorvatiya daxildir. Çarter reysləri Albaniyaya uçacaq.

Bundan əlavə, Moskvadan Yunanıstan, Azərbaycan, Ermənistan, Özbəkistan, Qətər, Tacikistan, Serbiya, Belarusiya və Misirə uçuşların sayı artırılacaq.

Uçuşlar Münhenə davam edəcək. Əvvəllər yalnız Berlin və Frankfurta uçmaq mümkün idi.

Qeyd edək ki, beynəlxalq uçuşlar Rusiyanın üç şəhərindən - Nijnekamsk, Vladikavkaz və Tomskdan başlayır.

Paylaş
Xəbər lentİ