İsrailin Qəzzaya zərbələri nəticəsində 35 fələstinli ölüb

Oxunma sayı: 11
12-05-2021, 09:58

İsrailin Qəzzaya zərbələri nəticəsində 35 fələstinli ölüb


İsrail tərəfindən Qəzza zolağına davam edən raket zərbələrinin qurbanlarının sayı 35-ə çatıb.

Bu barədə “Al-Mamlaka” telekanalı sahil anklavının Səhiyyə Nazirliyinə istinadən bildirib.

Qurumun məlumatına görə, İsrail ordusunun gecə zərbələri nəticəsində üç fələstinli həyatını itirib. Çərşənbə axşamı günü 15 nəfər, bazar ertəsindən isə ümumilikdə 35 nəfər həlak olub. Qurbanların arasında 12 uşaq və qadın var. Xəsarət alanların sayı 233-ə çatıb.

Paylaş
Xəbər lentİ