Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video

Oxunma sayı: 10
11-05-2021, 11:24

Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video


Qazaxıstanın şərqində güclü meşə yanğını baş verib.

Ridder şəhərinə də sıçrayan yanğın nəticəsində 35 ev külə dönüb, bir nəfər ölüb, iki vətəndaş ağır xəsarət alıb.

Ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayaraq bildirib ki, axşam saatlarında ölkənin şərqindəki 300 hektarlıq meşədə yanğın baş verib. Güclü külək səbəbindən yanğın daha da böyüyüb.

Qeyd edilib ki, şəhər sakinləri təhlükəsiz bölgəyə təxliyyə edilib. 208 nəfərlik xilasetmə briqadası, “Mi-8” və “Mi-2” helikopterləri yanğını söndürməyə çalışır.

İlkin məlumata görə, yanğın meşədə ehtiyatsızlıqdan olub.



Qazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + VideoQazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + VideoQazaxıstanda meşə yanğını şəhərə sıçradı - 35 ev külə döndü + Video

Paylaş
Xəbər lentİ