TƏBİB-dən peyvənd seçimi ilə bağlı AÇIQLAMA

Oxunma sayı: 0
21-04-2021, 12:32

TƏBİB-dən peyvənd seçimi ilə bağlı AÇIQLAMA


Hazırda Azərbaycanda vaksinasiya “Sinovac” şirkətinin “Coronavac” vaksinləri ilə aparılır.
Bununla yanaşı Səhiyyə Nazirliyi yaxın zamanda Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndinin ölkəyə gətirilməsinin təmin olunacağını açıqlamışdı.

Həmçinin, Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov aprelin 1-də verdiyi açıqlamada söyləyib ki, ilkin mərhələdə Koreyadan Azərbaycana “AztraZeneca” şirkətinə məxsus 84000 doza vaksin göndəriləcək. O həmçinin bildirib ki, 8 həftə ərzində Azərbaycana 218790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

“Ölkə.az” sözügedən peyvəndlərin Azərbaycana gətirilib-gətirilməməsi və bu peyvəndlərin tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrinin idarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsə də, bu barədə hər hansı bir məlumat verilməyib.

Digər tərəfdən adıçəkilən peyvəndlərin tətbiqinə başlanılarkən vətəndaşlara seçim haqqı verilib-verilməməsi də sual altındadır.

Görəsən, peyvənd vurdurmaq könüllü olduğu kimi, hansı peyvəndi seçmək məsələsində də könüllülük prinsipi tətbiq olunacaqmı?

Yəni hər hansı vətəndaş ABŞ və ya Rusiya peyvəndi vurdurmaqdan imtina edərsə, bu halda ona digər ölkənin peyvəndi alternativ kimi təqdim ediləcəkmi?

Bu suallara cavab olaraq TƏBİB-dən “Ölkə.az”ın sorğusuna cavab olaraq bildirilib ki, seçim sərbəstdir: “Vətəndaşların peyvənd seçimi sərbəstdir”.

Paylaş
Xəbər lentİ