Kumandan etiraf: “Messi nöqsanlarımızı örtürdü”

Oxunma sayı: 8
23-09-2021, 11:57

Kumandan etiraf: “Messi nöqsanlarımızı örtürdü”


“Barselona”nın baş məşqçisi Ronald Kuman, hazırda PSJ-də çıxış edən Lionel Messi ilə bağlı fikirlərini bölüşüb.
“O, klubun bütün problemlərini nümayiş etdirdiyi keyfiyyəti və səmərəliliyi oyunu ilə örtürdü. O, bu qədər yaxşı idi, hər zaman qalib olurdu. Əlbəttə Lionelin ətrafında həmişə yaxşı oyunçular olub, lakin həlledici rolu məhz özü oynayırdı. Onun fonunda hər kəs pis görünür. Bu digərlərinin tənqidi deyil, sadəcə müşahidələrimdir. “Barselona”ya keçməzdən əvvəl Messinin yaxşı olduğunu bilirdim, amma hər gün onun oyununu izləmək əsl zövq idi. O, həmişə faydalı idi, artıq hərəkətlərə yol vermirdi”, - deyə niderlandlı futbol mütəxəssisi bildirib.

Xatırladaq ki, “Barselona”dan ayrılan Lionel Messi Fransanın PSJ klubu ilə iki illik müqavilə imzalayıb.

Paylaş
Xəbər lentİ