Sülh və ədalət prinsiplərini təbliğ edən təsisat

Oxunma sayı: 148
16-10-2021, 13:28

Sülh və ədalət prinsiplərini təbliğ edən təsisat


Bəşəriyyətin sülhə ,təhlükəsizliyə, barışığa , münaqişəsiz , müharibələrsiz dünyaya, qlobal həmrəyıliyə, inkişafa və sosial rifaha olan təlabatı onların müxtəlif beynəlxalq təşkilarda birləşərək fəaliyyət göstərməsini şərtləndirmişdir. Belə təsisatlardan biri Qoşulmama Hərəkatıdır. Bu təşkilat kecən əsrin 50 -60-cı illərində Böyük Vətən müharibəsinin törətdikləri faciələrin ağır nəticələri qarşısında hec bir bloka daxil olmamağı və tərəfsizliyi bəyan edən hazırda 120 üzv dövləti ,17 müşahidəçı ölkəni ,10 müşahidçı təşkilatı birləşdirir. Üzvlərinin sayına, təşkili və fəaliyyətinin əsasında duran demokratik prinsiplərə-BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə , əsas insan hüquq və azdlıqlarına hörmət,bərabərlik,digər dövlətlərin suvrenliyinə və ərazi bütövlüyünə hörmət, təcavüz və işğalcılıq siyasətindən çəkinmə , başqaların daxili işlərinə qarışmama və s. hümanist ideyaları bəyan edən , təbliği və təşəkkülünə ,eləcədə dünyanı narahat edən qlobal çətinlikləri və s. məsələlərin həllinə verdiyi töhvələr bu təşkilatı BMT-dən sonra ən böyük nüfuzlu beynəlxalq təşklata , beynəlxalq münasibətlərin tənzimlənməsində cox mühüm, təsirli bir mexanizmə çevirmişdir.Azərbaycan dövləti təşklatın prinsiplərinə (Banduq prinsiplərinə ,1955 ) bağlıığını bəyan edərək ,2011-ci ildə bu mötəbər təşkilatın üzvlüyünə yekdilliklə qəbul edilmiş, üzvlüyü dövrdən bu təşkilatın nüfuzunun artmasına böyük töhvələr vermişdir. Qısa müddət ərzində ölkəmizın bu təşkilatda böyük nüfuz və etimad qazanması iki cəhətlə izah edilə bilər .Əvvala , bu təşkilatın prinsipləri Azərbaycan dövlətinin xarici siyasətini mahiyyət və məzmununa tam müvafiqdir,ikincisi ,hesab edirik ki, cənab prezidentimiz İlham Əliyevin dünyada baş verən proseslərə düzgün , müdrik, hümanist və ədalətli mövqeyi ilə bağlıdır. Məhz, bu cəhətlər ölkəmizin ümumbəşəri, əxlaqi mənəvi dəyərlərə sədaqətini bir daha təstiqləyərək nüfuzunun artmasına , eləcədə bu təşkilatın da fəaliyyətinə mühüm töhvələr verməsinə imkan yaratmışdır. Cənab İlham Əliyevin həyata kecirdiyi uğurlu xarici siyasət strategiyasının bariz nümunəsi olaraq, 2016- cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019 -2022 -ci illər ücün QH-na sədrlik Azərbaycana kecdi və 2019 -cu ildə 18-ci zirvə ğörüşü Bakıda yüksək səviyyədə təşkil edildi.QH-na üzv dövlətlərin hümanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradıldı .Bu da təşkilatın fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və vaxtında operativ əməli tədbirlər ğörməsinə imkan yaratmışdır.Sədrlik dövründə ölkəmiz QH-tı ölkələrinin qanuni maraqlarının ,ədalətin , beynəlxalq hüququn qorunması ,qlobal cətinliklərin qarşısının alıması və mənfi nəticələrin aradan qaldırılması istiqamətində xeyli işlər görmüşdür. Pandemiya kimi ümumbəşəri bəladan xilas olmaq yollarının axtarışı və bu istiqamətdə qlobal səylərin birləşdirilməsi,problemin BMT Baş Assambleyasının xüsusi sessiyasında müzakirəsinin vacibliyi irəli sürülmüş və bu təklif müsbət qarşılanmışdır . Nəticədə sessiya 2020-çı il dekabr ayında kecirilmişdir. Dövlətimiz əməli olaraq,30- dan çox ölkəyə hümanitar və maliyyə yardımı ğöstərmiş,ÜST-na konüllü 10 milyon ABŞ dolları vermişdir. Ölkəmiz ədalət və hümanizm ideayalarını rəhbər tutaraq, peyvəndlərin ədalətsiz bölğüsünə etiraz edilmiş, BMT-nin insan hüquqları Şurasında bütün olkələr arasında peyvəndlərin bərabər bölgüsünü əks etdirən qətnamə qəbul olnumasına nail olmuşdur. QH-tı daim öz prinsiplərinə sadiqlik nümayiş etdirərək beynəlxalq arenada

Azərbaycanın haqlı mövqeyini, suverinliyi və ərazi bütövlüyünu dəstəkləmiş və bu ğündə həmrəyliyini nümayş etdirir. 2021- ci il 11 oktyabrda QH-nın 60 illiyinə həsr edilmiş yüksək səviyyəli toplantıda Azərbaycan Respublikasının Prezidenti , QH-nın sədri İlham Əliyev çıxışında irəli sürdüyü tezislər ,fikrimizcə. bu təşkilatın proqram sənədini təşkil edir. Cənab prezident QH-nı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatı ,sülh və ədalət prinsiplərini təbliğ edən təsisat kimi xarakterizə edərək bu təsisatın beynəlxalq aləmdə rolunu kifayət qədər aydın şəkildə acıqlamağa nail olmuşdur. Bu proqram xarakteli nitqində sədr zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasını qətiyyətlə pisləmiş ,ikili standartların dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir ğöstərdiyini və məhz 30 il ərzində ermənistanın məhz bu riyakar və ikili standartlara söykənərək ərazimizin 20 faizinin işğal altında saxlamağa nail olduğunu bir daha dünya birliyinə çatdıraraq yolverilməz olduğunu bildirmişdir.

Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi

hüquq üzrə elmlər doktoru, professor Qəfərov Midhəd Seyidəhməd oğlu

Paylaş
Xəbər lentİ