Təcavüzkar Ermənistanın məğlubiyyəti beynəlxalq hüququn, haqqın və ədalətin möhtəşəm qələbəsidir

Oxunma sayı: 78
16-10-2021, 13:27

Təcavüzkar Ermənistanın məğlubiyyəti beynəlxalq hüququn,  haqqın və ədalətin möhtəşəm qələbəsidir


BMT Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi Təcavüzün tərifi haqqında Qətnamənin 1-ci maddəsinə görə təcavüz – bir dövlətin digər dövlətin suveren-liyi, ərazi toxunulmazlığı və siyasi müstəqilliyinə qarşı və ya BMT Nizamnaməsinə uyğun olmayan hər hansı başqa tərzdə silahlı qüvvə tətbiq etməsidir. BMT Nizamnaməsində isə vurğulanırr ki, sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı müvafiq tədbirlərin görülməsi vəzifəsi dövlətlərin adından BMT TŞ üzərinə qoyulub və onun qəbul etdiyi qərarların icrası məcburi xarakter daşıyır. 1993-cü ildə BMT TŞ Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əgər BMT TŞ qətnamələrinin icrası məcburidirsə, o zaman AR işğal olunmuş əraziləri ilə bağlı qəbul edilən məlum dörd qətnamə nə üçün işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədi və bunun üçün hansısa hüquqi və siyasi maneələr mövcud idimi?

Məsələyə hüquq müstəvisindən yanaşsaq onun şahidi olmaq mümkündür ki, TŞ tərəfindən silahlı qüvvələrin tətbiqinin konkret hallarının təcavüz aktı kimi qiymətlən-dirilməsi zamanı üç meyarı nəzərə alır: birincilik, hərəkətin təhlükəliliyi və təcavüzkar niyyət. Ermənistanın silahlı qüvvələri birinci olaraq Azərbaycan ərazisinə təcavüz etmiş və bununla da beynəlxalq hüququn yus cogens (mübahisə olunmayan hüquq) normaları - güc tətbiq etməmək və ya güclə hədələməmək, sərhədlərin pozulmazlığı, ərazi bütövlüyü kimi əsas prinsipləri kobud surətdə pozulmuşdur. Hərəkətin təhlükəlilik meyarına gəldikdə, Ermənistanın 1988-ci ildən başlayaraq 2020-ci ilin noyabrına qədər AR qarşı davam etmiş təcavüzü, işğalçılıq siyasəti, törətdiyi vəhşiliklər (məsələn, Xocalı soyqırımı) ölkəmizi milyardlarla ölçülən zərərə məruz qoyub. Ermənistanın yürütdüyü işğalçılıq siyasəti isə onun təcavüzkar niyyətindən doğan dövlət siyasətidir. Təcavüzkar niyyətin müəyyən edilməsi prinsip etibarı ilə TŞ qərarına əsaslı surətdə təsir göstərən mühüm meyardır. Dövlətin təcavüzkar niyyətinin təsdiqi həmin dövlətin beynəlxalq hüquqi məsuliyyəti üçün, təcavüzkar niyyəti reallaşdıran dövlətin yüksək vəzifəli şəxsləri üçün isə fərdi beynəlxalq cinayət məsuliyyəti doğurur. Əfsuslar olsun ki, BMT TŞ məlum qətna-mələrində Ermənistanın təcavüzkar dövlət kimi tanınmaması onun siyasi və hərbi rəhbərliyini cinayət məsuliyyətinə cəlb etmək imkanından kənarda qoymuşdur.

Siyasi səbəblərə gəldikdə isə, Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın təcavüzünün davam etməsində, bu azmış kimi yeni ərazilərin işğalına şəraitin yaradılma-sında, habelə siyasi və geosiyasi maraqlara hesablanmaqla münaqişənin dondurulmasına yönəlik status-kvo vəziyyətinin bərqərar edilməsində, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin hüquqi cəhətdən rəsmiləşdirilməsinə cəhd etməsinə zəmin yaradılmasında TŞ daimi üzvləri, ATƏT-in Minsk qrupu, bütövlükdə isə BMT günahkar idi. AR Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev BMT, Avropa Şurası, ATƏT, Qoşulmama Hə-rəkatı və bu kimi nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışlarında Minsk formatında münaqişənin həllinin səmərəsiz olması, problemə ikili standartlar müstəvisində yanaşılmasını qeyd etmişdir. Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən qeyd-şərtsiz çıxması ilə bağlı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən edilən səmərəsiz səyləri (təbii ki, biz bunun səmərəsiz olduğunun şahidi olduq) sonda dövlətimizin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etməsinə zəmin yaratdı. Azərbaycanın rəşadətli Ordusu müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük bir zaman kəsiyində beynəlxalq hüququn əsas prinsiplərini, BMT

Nizamnaməsinin 51-ci maddəsini, BMT TŞ müvafiq qətnamələrini əldə rəhbər tutaraq 30 illik erməni işğalına son qoydu və Ermənistanı 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan BMT TŞ qətnamələrinin icrasını təmin təmin etməklə müasir beynəlxalq hüquq tarixinə bir presedent gətirmiş oldu. Ona görə ki, bu ana qədər BMT TŞ qətnamələri yalnız həmin orqanın özü tərəfindən həyata keçirilmişdir. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi, xüsusən də 44 günlük Vətən müharibəsi zamanı bu Təşkilatın BMT TŞ təmsil olunan yeddi qeyri-daimi ölkəsinin BMT TŞ 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan verməmələri bütövlükdə Qoşulmama Hərəkatının Azərbaycana verdiyi xüsusi önəm kimi qiymətləndirilməlidir. Bu isə Azərbaycanın xarici siyasətinin, bey-nəlxalq hüququn, haqqın və ədalətin möhtəşəm qələbəsidir.

Dövlət Gömrük Komitəsinin Akademiyasının

müəllimi Rahim Məmmədov

Paylaş
Xəbər lentİ