Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi

Oxunma sayı: 139
16-10-2021, 13:08

Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi


Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan uğurlu döyüş əməliyyatları nəticəsində 20 oktyabr 2020-ci il tarixdə Zəngilanın şəhər mərkəzi başda olmaqla 4 qəsəbəsi və 49 kəndi azad edilmişdir.

Zəngilan azad olunması həm də 132-km Azərbaycan–İran sərhədinin bərpası demək idi. Ali Baş Komandanın 20 oktyabr tarixində xalqa ünvanlanmış müraciətində Zəngilanın Azərbaycanın tarixi əhəmiyyətə malik olduğu ərazi kimi azad olmasının da nə qədər önəmli olduğunun göstərdi. Zəngilanın azad olunmasının əsas döyüşləri Mincivan, Ağbənd və Bartaz qəsəbələrinin uğurunda aparılan haqq savaşı təşkil etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Zəngilanın azad olunması” uğrunda medalı ərazimizin düşmən tapdağından təmizlənməsində xidməti olmuş hərbiçilərin qiymətləndirməsində böyük rola malik olmuşdur. Bu şərəfli yolda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiramla anmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur.

Zəngilanın azad olması həm də tarixi əhəmiyyətə malik olan Azərbaycan torpağının erməni vandalizmindən azad olması demək idi. Barbar həyat tərzi sürmüş erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə çapıb talamış, bununla da əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı Ali Baş Komandan başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər. Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin giziri Xudayar Yusifzadənin dilindən oxunan “Vətən yaxşıdır” mahnısında da bu həqiqəti gözlərimizlə görürük. Sevindirici haldır ki, Zəngilanın işğal tarixi onun azad olma tarixi ilə əvəz olunmuş, Qələbə ruhlu 20 oktyabr 2021-ci il tarixi şərəf və qürur tariximizə çevrilmişdir.

22 saylı Uşaq Poliklinikasının baş həkimi, Vəfa Əliyeva

Paylaş
Xəbər lentİ