Zəngilan yenidən Azərbaycanın dilbər guşələrindən birinə çevrilir, ekoloji cinayətlərin qarşısı alınır

Oxunma sayı: 135
16-10-2021, 13:07

Zəngilan yenidən Azərbaycanın dilbər guşələrindən birinə çevrilir, ekoloji cinayətlərin qarşısı alınır


Preizdent İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə hər səfəri özündə çox böyük mənəvi əhəmiyyət daşıyır. Hər şeydən öncə, Cənab Prezident işğaldan azad olunmuş torpaqlarmıza intensiv səfərlər etməklə mühüm informasiya mübarizəsinin vacib eleməntlərini də təqdim etmiş olur.

Cənab Prezidentin hər bir səfəri və səsləndirdiyi hər bir fikri dünya ictimaiyyəti tərəfindən çox diqqətlə izlənilir və bu fikirlərə əsasən də, ölkələr öz mövqelərini, yəni Azərbaycana münasibətdə mövqelərini və davranışlarını müəyyənləşdirirlər. Cənab Prezidentin səfərinin əhəmiyyətini məhz bu bucaqdan qiymətləndirmək vacibdir. Böyük Qayıdışın ilk nümunəsi olan Zəngilan rayonundakı Ağıllı kənd layihələrinin icrasına başlanılması Böyük Quruculuq hərəkatındakı novatorluğun bariz nümunəsidir. Həyata keçiriləcək layihələr işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu gün irimiqyaslı layihələr həyata keçirilir, "Ağıllı kənd" konsepsiyası reallaşır. Bütün bunlar 30 ilə yaxın həsrətlə öz yurduna dönmək həsrəti ilə yaşayan insaların rahat bir şəraitdə, gözəl bir məkanda yaşayacağına əminlik yaradır.

Zəngilanın azad edilməsinin çox böyük strateji əhəmiyyəti var. Birinci növbədə bu rayonun azad edilməsi ilə İranla olan bütün sərhəd xətti Azərbaycanın nəzarətinə keçir,ermənilər tərəfindən illərlə həyata keçirilən qaçaqmalçılığa və müxtəlif qanunsuz hərəkətlərə son qoyulur. Rayonda yerləşən bütün faydalı qazıntıların düşmən tərəfindən istismarı dayandırılır, bu faydalı qazıntılar Azərbaycana qaytarılır. Müxtəlif xarici şirkətlərin burda apardığı qanunsuz işlərə son qoyulur. Zəngilan yenidən Azərbaycanın dilbər guşələrindən birinə çevrilir, ekoloji cinayətlərin qarşısı alınır. Bütün bunların dövlətimiz üçün çox böyük siyasi-iqtisadi əhəmiyyəti var.

Zəngilan azad edildikdən sonra beynəlxalq ictimaiyyət burada törədilmiş ekoloji cinayətlərlə, şəhər və kəndlərimizin yer üzündən silinib xarabalığa çevrilməsi ilə,tarixi abidələrimizin planlı şəkildə məhv edilməsi ilə əyani şəkildə tanış olmuşlar. Bütün beynəlxalq ictimaiyyət bir daha əmin olmuşdur ki, Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın apardığı müharibə azadlıq müharibəsidir.

Qoy bütün dünya bilsin ki, Zəngilan Qarabağın, Qarabağ da Azərbaycanın ayrılmaz hissəsidir,düşmən ayağı bu torpaqlara bir daha dəyməyəcək.

Gülarə İsmayılova, 107 saylı tam orta məktəbin psixoloqu

Paylaş
Xəbər lentİ