Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi

Oxunma sayı: 135
16-10-2021, 13:06

Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi


33 il əvvəl bütün dünyanın gözü qarşısında cəlb edildiyimiz ədalətsiz bir savaş başlamışdı. Amma indi biz münaqişənin başlanması barədə tamamilə başqa ovqatda söz açırıq. Çünki Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Prezident İlham Əliyev üzləşdiyimiz ədalətsizliyə özünün düşünülmüş siyasəti və sərkərdə qətiyyəti ilə son qoyub.

Prezident İlham Əliyevin ötən 17 ildə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi bir tərəfdən ordumuzu bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, digər tərəfdən ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Yeni layihələr, yalnız insanların işləmək və yaşamaq tələbatının ödənilməsi deyil. Bu layihələr Azərbaycanın yeni yaşam modelini həyata keçirmək gücündə olduğunu isbat edir. Zəngilanda üç yeni kəndin əsasının qoyulması göstərir ki, çox da uzaq olmayan bir dövrdə mərhələli şəkildə kənd və şəhərlərimiz yenilənir. Nəticədə, məcburi köçkünlər qayıdacaq və öz həyatlarını rahat quracaqlar.

Əliyeva Könül, 75 saylı tam orta məktəbin ibtidai sinif müəllimi

Paylaş
Xəbər lentİ