Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir

Oxunma sayı: 91
15-10-2021, 12:54

Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir



Azərbaycan xalqı 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu və onun alternativsiz davamçısı olan cənab İlham Əliyevə etimad göstərməklə, davamlı inkişafımıza, tərəqqimizə dəstək verdiyini göstərdi. Cənab İlham Əliyev isə hər bir azərbaycanlının prezidenti olduğunu real işi ilə sübuta yetirərək, apardığı sistemli və kompleks islahatlarla xalqın yüksək rəğbət və məhəbbətini qazanmışdır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev özünün sosial-iqtisadi platformasını açıqlayarkən ölkəmizin dinamik inkişafı, iqtisadiyyatımızın dünya iqtisadi sisteminə sıx inteqrasiyası üçün mühüm işlər həyata keçirəcəyini bəyan etmişdi. Prezident səlahiyyətlərinin icrasına başladığı vaxtdan az sonra cənab İlham Əliyevin ölkə iqtisadiyyatında müşahidə olunan dinamik inkişaf meyillərini daha da sürətləndirmək məqsədilə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 2003-cü il 24 noyabr tarixli fərmanı mühüm əhəmiyyətli sənəd oldu. Bu sənəddə qeyri-neft sektorunun gücləndirilməsi, sahibkarlıq mühitinin genişləndirilməsi, ixrac qabiliyyətli müəssisələrin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi kimi məsələlər geniş əksini tapmışdı. Fərmanda, həmçinin, icra strukturlarının vətəndaşların qanuni tələblərinə və onların zəruri ehtiyaclarına diqqətlə yanaşması vacib məqam kimi göstərilmişdi.

Tarixən qısa müddət ərzində keçid iqtisadiyyatını arxada qoymağa nail olmuş ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaratmışdır və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir: ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynayır.

Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir.

Səfərova Səriyyəxanım, 7 saylı Bakı Şəhər Xəstəxanasının baş həkimi

Paylaş
Xəbər lentİ